Kəramət : - BEYNİN ENERJİSİ
HƏ...XOŞUM gəldi O. UAYDın (belədimi adı) -əvvəl gül kimi yazırdım, HƏYATI YAŞAYANDAN-TANIYANDAN SONRA YAZMAĞA BİR ŞEY QALMADI...
..bizlərdə hamı (mənqarışıq) bilmədiyi işlə məşğuldu. Baxın özünüzə, qonum-qonşuya, deputat-meputata, şair-mairə, ihb-mhb-ya, nazir-mazirə, imama-mimama, mollaya-zollaya...və ilaxır...
Hamı artıq professional ora-bura necə "getmək" yolundan başqa heç nə düşünmür, yəni fikir ora kilidlənib. Axı, yol bu.
Maarifləndirmə, Dankoluq yaramaz elə yerlərə ki, orda kütləvidi xəstəlik, dünyaya yayılmasın deyə, özlərini-özlərinə qırdırır, silirlər yer üzündən. Bunun üçün də milli-dini nadanlığı körükləyir, kütlə psixolojisini kölələşdirirlər.
Hər gün , eyni şeyə baxdırırlar ki, eyni şeyləri müxtəlif şəkillərdə göstərirlər ki, zehnin işləksiz olsun və bu... artıq baş vermişdir. Ən abdal adam-cəmiyyət düşüncəsini, seçimini dəyişməyəndir.
A.Smit də "Ulusların zənginliyi"ni biri-biriylə çatışdırmaqla aradan qaldırmaq hiyləsinin müasir göstərisi kimi yazmış.
Duyğu da işləksiz hala gələndə robot daha gərəklilik qazanır.
18-ci əsrdə Yer üzündə 1 milyarddan çox insan ikiayaqlı olub, indisə 8, 5 milyardı ötüb. Yer üzü qidalandıra bilmir, hələ yeni texnologiyalar da varkən.
TƏBİƏT HARMONİYASIYLA HƏYATIN QANUNLARI BİRİ-BİRİNİ BƏSLƏMƏLİ, əksi faciə.
Təsadüf deyil ki, Nitsşenin "ÜStinsan" axtarışları, "Allah ölüb" hayqırışları 1920-30-cu illərdə meydana çıxması, 1930-da Eynşteynin atomun parçalanması kəşfi, Nisbilik nəzəriyyəsi, F. Dostoyevskinin əsərlərindəki "İnsan nisbi hadisə" təsbiti, Rusiyada radionun yaranması, Hitlerin həmin illərdə partiya qurub hakimiyyətə yiyələnməsi, sonrakı müharıbələr, dəyişimlər və s.
MƏNCƏ, İNDİ DƏ YERÜZÜ DƏYİŞİM YAŞAYIR,-deməklə ikinci dəfə Amerikanı kəşf etmirəm, elə deyilmi.
Dünya 14 trilyon VAT-Güc-Enerji xərcləyir, yaşamaq üçün; Bunun 33 %-i neft, 25 %-i kömür, 25 %-i qazdan hasil olur. Bildiyiniz kimi BUlar hardadı? Qalan 0,5 %-zad da külək , günəş enerjisi.
Son 100 ildə Yer üzünün hərarəti də qalxıb-0,72 selsi yüksəlib ki, bu da yeni canlıların yaranmasını şərtləndirir, Şimal Buzlu okeanın əriməsiylə bir çox canlının məhvinə gətirib çıxaracaq, hərarət qalxdıqca yeni xəstəliklərin yaranmasına yol açır.
Şimal qütbündə, Antraktidada buzun qalınlığının 50 %. azalması nə demək? Anlayırsanmı?
Bioenerji bitərsə...insan zəkasından uzaq düşən Şərq-müsəlman, MONOenerji insan beynimi, Təbiətlə harmoniyanı seçənək görən ölkələr...
Sadəcə, mənim də enerjim tükəndi, davam edərik...bir az gəzim...düşünüm...