Sona Vəliyeva : - Biz də nankor yer adam..,
Bir uşaq ayı halə şəkildə görüb heyrətini
belə bildirirdi: “Elə bil ayın üzünün yarısı
yoxdu, birdən xəstələnər ey”– deyirdi...)
Ayın üzümü əyilib,
ya da ki, gözü ağrıyır.
Kimi var təbib çağıra,
bəlkə, ay özün ağlayır?
Biz də nankor yer adamı,
küsüb bizdən Ay anamız.
Kimin dərdi fərc eləmiş,
kədər üzünə yansımış?
Solğun üz, dərdə işarə,
söylə, bəlkə, çarə buldum.
Yoxsa, insan atmış Yerə,
Çıraq olmaqdan yoruldu?
Şükranlığa varmayınca
insan dərdin tək çəkəmməz.
Yerin kədəri üzündən,
içindən qəmi əksilməz.
Yolçunun, tənhanın dostu,
duama çıraq, Ay anam.
Haqqa yüksələn eşqimə
səni yol, ünvan sanmışam.
İçim dolu giley-güzar,
anam yox, dərdləşəm, deyəm.
Apar məni balan olum,
tək sevməkdi əldən gələn.
Dərdi bölməyə kim qalıb
ömür dolu giley-güzar.
Apar sənə həyan ollam,
mənsiz də ötüşər buralar.