Vahid Paşayev : - Fələyin üzü qara olsun!

YAZARLAR 19:47 / 20.01.2025 Baxış sayı: 280

...20 YANVARDA,BİRİNCİ VƏ İKİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏ ŞƏHİD OLANLARIN RUHU ŞAD,MƏKANLARI CƏNNƏT OLSUN!!!

Fələyin üzü qara olsun!

..şikayətimizin ünvanı hər zaman əzrayıl olur.Yaxınlarımızı,doğmalarımızı gözlənilmədən qoltuğuna vurub aparmasından gileylənir,pis əməl sahibi olduğunu qınayırıq.Oturub soyuq başla fikirləşəndə Əzrayılın öz missiyasını yerinə yetirməkdə elə bir qəbahət görünmür.Çünki o,sakitcə vaxtı tamam olanlara yaxınlaşır,incitmədən,əziyyət vermədən yapışır qolundan,aparır özü ilə.Hansı yolla aparır,hara aparır,orası yalnız onun özünə məlumdur.Əsas odur ki,uzun müddət yataq xəstələrini,qəza qurbanlarını ağrı-acı çəkməsin deyə əzabdan qurtarır,onlara əbədi rahatlıq,sakitlik bəxş edir.

Fələksə elə deyil.Fələk çox qəddar, hiyləgər,aldadıcı,qaşınmayan yerdən qan çıxarandır.

Qəriblikdə yaşayanlara,yatağına qor dolub yata bilməyənlərə əlavə dərd-kədər verən,murada çatmaq ərəfəsində olan gənclərə qəm libası geyindirən,işıqlı dünyadan əlini üzüb gedənlərin arxasınca şər-böhtan yağdırandır o.

Üzü yansın fələyin,əyilməsin bir insanla,yolları kəsişməsin.Əyilib qəsdinə durdusa ölünü qoy,dirini ağla,...