Ayaz Arabaçı : - Göstərir
Adamlığın hanı desəm,
Hərə bir əba göstərir.
Üzlərdən zəhər tökülür,
Ulduzlar vəba göstərir.
Eyni sirlər,eyni xətlər,
Gülümsünür köhnə vədlər,
Bu yalançı nəzakətlər,
Hamını qaba göstərir.
Əl götürdüm umudlardan,
Bu neylərdən,bu udlardan,
Qışdı,günəş buludlardan,
Yalançı çaba göstərir.
Göy üzündən ulduz axdı,
Mən yorğunam,yol uzaqdı,
Könlüm hələ çox uşaqdı,
Yaş məni baba göstərir..