Sabir Sarvan: - QAH.
Qana bəliyiblər bizim elləri,
Qan deyir torpağı,
Daşı Vətənin.
Üzündə - gözündə qəm yuvarlanır,
Çəkir qovğaları başı Vətənin.
Şeytan ocağına, şər ocağına
Bəlli yelpiklərin küləyi gəlir.
Susuram,
sinəmi deşir ürəyim.
Dinirəm,
ağzımdan qan iyi gəlir.
Bu yurd
neçə dəfə qana çəkilib,
Quruyan dəniztək sinib özünə.
Axtarsan
Vətənin sərhədlərini,
Düş tarix boyunca qanın izinə.
Torpağı bölündü yağlı tikə tək
Bu millət içindən sındı beləcə.
Hər gedən
gecədə bir itiyi var,
Hər gələn
səhəri qandı beləcə.
Gərək qan bağlaya şairin sözü,
Sair əllərini qandan gen tutub.
Gör hası zamandı,
gör hansı vaxtdı
Mən qana çapıram,
məni qan tutub.