Xatirə Fərəcli : - Şəhidlərin şəhəri
Şəhidlər xiyabanı –
şəhidlərin şəhəri
bəzəyi bayraqlar,
çiçəklər.
Məzarlara gömülmüş burda,
bu məkanda
neçə-neçə qatı açılmamış muradlar,
diləklər.
Sükutu deşir,
ürəyi param-parça edir
eyni boyda,
eyni biçimdə sakinlər.
Simalarında qürur, əzəmət,
cəsurluq, özgüvən, sevinc.
Şəkil çəkdirəndə
bilirmişlər sanki
məğrurluq salnaməsi
olacaq bu şəkil,
həm qürur duyacaq,
həm üzüləcək ziyarətə gələnlər,
ürəkləriylə yamayacaq
yarılan bağırlarına bu şəkli,
udacaqlar göz yaşlarında boğulan qəhəri.
Şəhidlər xiyabanı-
şəhidlərin şəhəri.