Arzu Hüseyn : - Xoş gəlmisən leysan yağan yerlərə,
Xoş gəlmisən leysan yağan yerlərə,
Xəzan vurmuş əllərimdən öp görüm.
Gözlərimdən boylanan zülmətlərə,
Bir pəncərə, gün işığı tap görüm.
Mən dənizəm,sən gəmisən, sən qayıq,
Dalğalarım kükrədikcə batarsan.
Qorxuram ki, ay inadı qağayı,
Mənim dəniz ürəyimə yatarsan…
Duman çökür asta-asta dərəyə,
Görünmür ki,uca dağlar gözə də.
Çətin birdə ayaq açıb yeriyə,
Mənim körpə ümüdlərim təzədən.
Sən yenə də xoş gəlmisən, nə deyim,
İsidirsən ürəyimi dözümlə.
Birdən ölsəm, nəfəsini sevdiyim,
Aparacam xatirəni özümlə.
Xoş gəlmisən leysan yağan yerlərə…