Xatirə Fərəcli : - AĞRILARIMIN HEYKƏLİ

Içim-çölüm ağrıdır,
damır gözümdən ağrı,
şeirə çapıram,
elə şeir kimiyəm özüm də,
fikir vermə,
heykəl yonuram sözə.
Hisslərim
budaqda çırtlamağa başlayan çiçək düyünü,
açılmağa müntəzir,
dünyanı ovcuma ala biləcəyim məqamdır,
dindirmə məni.
Şeirlərim-
əzablarımın doğduğu sevinc,
ağrılarımın heykəli.