Xanım İsmayılqızı- Sakitcə yağış yağır...
Ədəbiyyat
15:03 / 14.09.2025
Baxış sayı: 2241
Sakitcə yağış yağır, səsi içinə vurub,
Yollar dinməz-söyləməz yağış altında durub.
Görünür ki, bu yağış üzünü yuyub gəlib,
Bütün yuxularını göylərdə qoyub gəlib.
Narın-narın süzülür gözümə pıçıltıyla,
Üst qatını gizlədib, səpilir alt qatıyla.
Sükütü eşidirsən? Nəfəs yox səssizlikdə,
Günəş o yanda batır... Mən isə sənsizlikdə.
2016.