Ayxan Hüseynli, AYB-nin üzvü : - Tərs zaman

Gec qalmışam sabahlara,
Tez çatmışam dünənlərə.
Bu gün qalıb özlüyündə,
Zaman tərsə gedir yenə...
Dayanmışam öz yerimdə,
Yubanmışam sevincimə.
Əl atmışam taleyimə,
Savaşıram gecə gündüz
Saatın hər əqrəbiylə.
Alışmışam zamanımın,
Hədər gedən qismətinə.
Bəxtimin solğun üzünü,
Çevirmişəm niyyətimə.
Mən gedirəm vaxt dayanıb,
Peşman peşman yanır mənə.