Elnur Uğur Abdiyev : - Ömür adlı nərdivanın...

Ədəbiyyat 18:46 / 24.03.2025 Baxış sayı: 741

Ömür adlı nərdivanın,

Bir pilləsi ayıq başdı,

Bir pilləsi sərxoşluqdu.

Bir pilləsi sağlamlıqdı,

Bir pilləsi naxoşluqdu.

Ömür adlı nərdivanın,

Bir pilləsi var deməkdi,

Bir pilləsi yox deməkdi.

Ömür odur yox pillədə

Varlığını göstərməkdi.

Ömür bütün pillələrdə

Sevgi yaşatmaq deməkdi.

Sevirsənsə nə fərq edər,

Pillələri ya qalx,ya en.

Sevirsənsə, bil ucalır

Allaha ömür dediyin.