Kəramət : -HARAM YEYƏN OĞURLUQ EDƏ BİLMƏYƏNLƏRDİR...

YAZARLAR 09:00 / 24.03.2025 Baxış sayı: 816

 

OĞRU OĞRUNU TUTMAZ

..özümü xəstəlikdən qorumaq üçün illərdir bəzi şeyləri özümə qadağa qoymuşam, içgidən başqa: Nə deyəcəyi-yazacağı məlum-boz, normal məntiqi olmayan ağızları-yazıları dinləmə-oxuma, ekranlara, filmlərə baxma (Azərbaycan ekranı 10 ildən çoxdur..) , bic-gic adamlarla söhbət eləmə (ən çətini də budur, ona görə ki, millət nəfəs almaqçın çirklənmiş havanı udmalı-bicləşmə gedir torpaqda-əkinçilər bilər)...hərdən bu Türkiyə t/v-lərinə baxıram ...

...qarşılıqlı, fərqli baxışların, münasibətin məcrasında olduğundan..tərəf olmadığımdan tərəflərin biri-birini ittihamından ÜSTTƏRƏF-fikir yaradıram...indi məlum olur ki, oğru oğruyla yarışır,

HAMI BİRİ-BİRİNİ OĞURLUQDA İTTİHAM EDİR, HÜQUQSUZLUQDA VƏ S..-SİZLİKDƏ.

Əkrəm İmamoğlunun oğurluq edib-etmədiyi ona görə yada düşmür ki, bütün keçmiş-indiki bələdiyyələr, ölkə rüşvət mexanizmi içində...ı ..və hamı ..oğurluq mal qalıb ortada-yiyəsiz...

Cinayətkar biri var; Malı-pulu yeyilən xalq...o da duyğusal təpgi göstərəcək, manipulyasiya olunacaq ..5-10 gün...başqa süni gündəm yaradılacaq və s....

Bir atalar məsələ düşünün və bununla tərbiyə görən toplumdan oğurluqdan başqa nə gözlərsən ki?" OĞRUDAN OĞRUYA HALALDIR"..

Haram yeyən oğurluq edə bilməyənlərdir.

Belə çıxır ki, hamı oğruymuş...əslində, hamı həbsdəymiş, sadəcə türmə rəisləri, nəzarətçilər dəyişir, sonra rəislər də baş oğru sayılır, sıradan dustaq olur....

Hamı oğrusa, orda ƏDALƏT-QANUN-HÜQUQ OLMAZ,

NECƏ Kİ, HAMI ŞAİR OLDUĞUNDAN DA ŞEİR YOXDUR.

....təsadüfmü? Əlbəttə, yox, illərlə planlı şəkildə topluma bu xəstəliyi yoluxdurublar ki, öz xəstəlikləri məqbul sayılsın.