Kəmalə Abiyeva : - SEVGİ AXTARDIM

Ədəbiyyat 19:43 / 23.03.2025 Baxış sayı: 4040

 

İlk dəfə səndən ayrılanda ağladım.

Mən ilk dəfə ilk ayrılığa ağladım.

Məni sinənə sıxanda

əllərin doğmalığında rahatladım,

sevənim olduğunu, sevgini anladım.

İlk dəfə sevdim.

bir oyuncaq həsrətindən

bir rahatlıq həsrətinə böyüdüm.

hər əldə doğmalıq,

hər sinədə sevgi olmur, anladım.

laqeyd üzlər, biganə gözlər,

nə qədər yadlar gördüm.

Nə ayrılıqlar yaşadım,

nə saxtalar tanıdım,

nə yalanlardan yıxıldım.

Sevgi axtardım...

Sənin kimi sevən aradım.

Tapsam, sığınacam ona,

daha ağlamayacam, ana.