Sevgidən nifrətə - Vahid Aslan
Gərəksiz yerlərə xərcləyəndə,
Vaxtın intiqamı ağır olurmuş;
Arzusu, istəyi daşa dəyəndə,
Qəlbi qırılanlar fağır olurmuş;
Sevgidən nifrətə cəmi bir addım
Məsafə var imiş, anlamamışam;
Özümü ilğımlar qoynuna atdım,
Heyif, sevənimdən uzaq olmuşam;
A, nazlı ceyranım!
A, dəcəl quzum!
Demirəm bağışla soyuqluğumu;
Sənə borcluyam yenə də düzü,
Şirin xatirəmi, kövrək duyğumu;
... Hərdən boşa verdim, hərdən dinlədim,
Ürəyin səsini, nəbzin ritmini.
Görünür vaxtında qura bilmədim,
Qəlbinə girməyin alqoritmini.
24.05.2025