Şakir Xanhüseyn - O  yeriyən...

Ədəbiyyat 19:36 / 08.03.2026 Baxış sayı: 382

*

...o yeriyən

ayağı hardan tapıb,

ya indi də ayaqsızmı...

ancaq göynən gedənlərə də baxıram

qanadsızdılar,

nəsə burda bir iş var...

o hər şeyi görən

elə gözü hardan tapıb, görən?

bəs o kimdi,

evini, ailəsini

kürəyinə şələləyib aparır sanki.

amma nə ki acığı, qıcığı var ürəyində,

ona görə

deyir

sinəmdən daş asılıb elə bil...