Sabahın havası AÇIQLANDI

MƏMLƏKƏT 15:04 / 26.02.2026 Baxış sayı: 470

Sabah , yəni  fevralın 27-də gözlənilən hava proqnozu açıqlanıb.

 

Yenises.az  Milli Hidrometeorologiya Xidmətinə    istinadən   bildirir ki,    sabah   Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə az çiskinli, axşam isə yağıntılı olacağı, gecəyə doğru intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivəşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.