Şakir Xanhüseyn : - əgər sevgini bir qala təsəvvür etsəm,
Ədəbiyyat
20:10 / 19.08.2025
Baxış sayı: 2120
***
əgər
sevgini bir qala təsəvvür etsəm,
deyərəm ki, sən də
o qala divarlarına bir daş ol,
amma heç cür
sənin daşa dönməyini-
daş olmanı istəmərəm,
bircə bunu söylərəm:
sən, sadəcə, elə mənə bir sirdaş ol,
yetər!