Sabir Sarvan.- Əsirlər.
Əsirlərik biz,
sərvət əsirliyində
doğulduq.
Doğulan təki
bələd olduq
əsirliyin hər sirrinə,
Anamıza "məmə" dedik,
Atamıza"pəpə" ,
Çevrildik
həzrəti - mədəmizin
əsirinə.
Əsirlərin biz,
Şairlərimiz şan - şöhrət,,
Cahillərimiz cah - cəlal,
var - dövlət əsiri,
Mömünlərimiz
axirət xəyalını,
cənnət əsiri.
Əsirlərin biz,
əsir düşərgəsi
Yer üzü
Adəm iki buğdaya əsir düşən gündən
keçir
Min - min əsirlər,
O vaxtdan Yer üzündə
ADƏM adına
əsirlər doğulur,
əsirlər ölür,
ancaq
ƏSİRLƏR !