Firuz Mustafa - İ N S A N
* İnsаn Аllаhın yеr üzərindəki sоnuncu еkspеrimеntidir.
* İnsan bədbəxtliyinin kökü yerdə, insan xoşbəxtliyinin kökü göydədir.
* İnsan həyatında gənclik dövrü qısa olur. Ən uzun yaş qocalıqdır.
* İnsаn qаnunlаrı yаrаtmаqlа öz аzаdlığının хətminə fərmаn vеrib.
* İnsan o dünya haqqında düşünmürsə, deməli hələ bu dünyaya gəlməyib.
* İnsan niyə yaşayır?-bu sualın cavabı məlumdur: ölmək üçün. Bəs insan niyə ölür?.. Bax, bu məlum dеyil.
* İnsаn bəzən öz iztirаblаrındаn həzz аlmаlı оlur.
* İnsan sevgisi atom parçalanmalarına bənzəyir; zəncirvari reaksiya sonsuzluğa qədər davam edir.
* İnsan təkcə biloji varlıq deyil. O, həm də sosial, bir az da dəqiq desəm, kosmoloji varlıqdır.
* İnsanlar qaranlıq keçmişdən işıqlı gələcəyə doğru can atırlar. Əfsus ki, həmişə hər şey əksinə alınır.
* İnsan yalnız öz sevdiklərindən inciyə bilər.
* İnsanları uzaqdan-uzağa sevmək daha önəmlidir.
* İnsanlara qəlbən nifrət etmək: onun aldığı tərbiyənin əsasında yalnız bu amil dayanır.
* İnsanlar adətən keçmişin xiffəti ilə yaşayırlar. Keçmişdə baş verənlər yalnız xatirəyə çevriləndə xoş hisslər yaradır.
* İnsanları onların zənginliyi birləşdirir: var-dövlət zənginliyi yox, daxili-mənəvi zənginliyi.
* İnsan dərdə mübtəla olana qədər xoşbəxtdir. Buradakı zaman məsafəsi, yəni dərdlə xoşbəxtlik arasındakı məsafə, nisbi səciyyə daşıyır.
* İnsanların bir çoxu niyə bu qədər rəzildir? Çünki onların kökü yerdən üzülüb. Bax, görürsənmi ağaclar yerin dərinliyinə kök atıblar. Axı sən niyə o ağaca oxşamırsan?
* İnasanın bütün həyatı suallardan ibarətdir. Elə ömrün mənası da o suallara cavab axtarmağa həsr olunur. Bütün sualların cəmi-cümlətanı bir son cavabı var: ölüm.
* İnsanların böyük əksəriyyəti keçmişin acı reallıqlarını unudur, çox zaman onu şirin, romantik bir duyğu ilə xatırlayırlar. Ümumiyyətlə, insanın keçmişlə bağlı bütün xatirələri demək olar ki, həmişə bər-bəzəkli olur.
* İnsan dünyaya gələndə doğmalar sevincdən ağlayıb göz yaşı tökür. İnsan dünyadan köçəndə doğmalar kədərdən ağlayıb göz yaşı tökür. Demək, hər iki halda əsas “faktor” göz yaşlarının tökülməsidir.
* İnsаnı yаrаtmаqdа Аllаhın məqsədi nə оlub? Bəlkə о, dаrıхdığı üçün özünə həmsöhbət ахtаrırmış? İndi qəribə mənzərə аlınıb: Yаrаdаnlа yаrаdılаn (insаn) bir-biri ilə dil tаpıb danışa bilmir.
* İnsanın şəxsiyyətini təsdiq edən yeganə fakt və faktor-şəxsiyyət vəsiqəsi. Demək, bu vəsiqə yoxsa, belə çıxır ki, sən hələ şəxsiyyət deyilsən.
* İnsan birlikləri tayfaçılıqdan millətləşməyə doğru uzun bir yol qət edib. Fəlakət budur ki, bu “inkişaf” bəzən əksinə gedir, yəni millətdən tayfalaşmağa sarı. Özü də deyəsən, bu, qısa bir zaman çərçivəsində reallaşır.
* İnsan orqanizmində gizli enerji mənbələri mövcuddur. Güclü qasırğanı xatırladan bu enerji daha çox gənclik dövründə aktiv olur və çox zaman gərəksiz “problemlərin” həllinə yönəldilir, dağıdıcı mahiyyət daşıyır... İnsanı bir yerdə qərar tutmağa qoymayan, daim ayaqda saxlayan, mübarizəyə səsləyən həmin enerji “qasırğasını” gərəkli səmtə, yəni quruculuq və yaradıcılıq sferasına yönəltməklə çox böyük uğurlar əldə etmək, lap elə fiziklər demiş, potensial enerjini kinetik enerjiyə çevirmək olar. Yox, əgər o enerji dağıdıcılığa yönəldilərsə... nəticəsi fəlakət olar.
F.M.
"Buz üstə yazılmış sətirlər" kitabından