Firuz Mustafa - "Gündəliklər"dən sətirlər

YAZARLAR 17:16 / 12.11.2025 Baxış sayı: 1138

 

Turist firmasının “AZİ”nin həyətində yerləşən ofisində Həsənlə, Tofiq Xalilov (Xəlilovla-F.M.) və Nüsrətlə (Kəsəmənli-F.M.) ğörüşdüm. Türkiyə təəssüratlarımı danışdım. Nüsrət zarafatla Türkiyədən nə gətirdiyimi soruşdu, mən ona özümçün aldığım “Morlboro” siqaretindən bir neçə qutu verdim...

Türkiyədə görüb müşahidə etdiklərimi qələmə almışam. Həmin yazını “Fəryad” qəzetinin redaktoru şair İslam Sadığa verdim; söz verdi ki, bu yaxınlarda qəzetində çap etdirəcək.

...Alber Kamyunun Moskvada çap olunmuş əsərlərini aldım. Kamyu mənim bəyəndiyim yazıçıdır. O, öz obrazlarının həyatına kənardan yox, “içəridən”, özü də lap qaranlıqdan baxmağı xoşlayır və buna müvəffəq olur. O, məncə bir qədər Doctoyevskiyə bənzəyir; amma, məncə, Doctoyevski öz perconajlarının “daxilinə” kiçik lupa ilə, Kafka isə böyük mikrockopla baxır.

...Hər həftə mütləq iki qəzeti (“A i F” “Arqumentı i Faktı”) və “LQ” (“Literaturnaya qazeta”) və bir jurnalı (“Oqonyok”) mütəmadi alıb oxuyuram. Yenə “A i F”i aldım. Moskva qəzet və jurnallarının baş mövzusu həmişə olduğu kimi yenə də Yeltsin və Qorbaçov arasındakı davadır...

...Tarix yaraları sağaldır, amma ölüləri diriltmir.

F.M.