Firuz Mustafa : - A Ğ I L
* Ağlım ürəyimdən xeyli yaşlıdır. Gəncliklə qocalığın bu cür yaxın “qonşuluğu” mənə yaxşı heç nə vəd etmir.
* Ağlına gələnləri ilk növbədə öz ürəyinlə məsləhətləş.
* Ağıllı adamlar çox vaxt axmaq olurlar.
* Ağıllı adamları yalnız “ağılsızlar” başa düşə bilər.
* Ağıllı adamın bu qədər varlı olması təəccüblü görünür.
* Ağıla çox inanırsız, yosa nağıla? Bunlardan birindən işıq gəlir, o birisindən it hürüşməsi. Siz hansı tərəfə üz tutmaq istərdiz? Hər kəsin öz seçim haqqı var.
* Ağıllı adamlar özlərindən daha ağıllı adama üstünlük verirlər. Hiyləgər adamlar özlərinə münasib, yəni eynən özləri ağılda olan adam gəzirlər. Axmaq adamlarsa özlərindən daha axmaq adam axtarırlar.
* Аğıllı diplomat vаlidеynlər, evlənən tərəflərin qаrşılıqlı nigаhındаn dа öz diplоmаtik məqsədləri üçün istifаdə еdirlər.
* Ağıl- hər zaman görünən və heç vaxt görünməyən bir nəsnədir.
* Ağlı nə yerdədir deyə bilmərəm, amma “ağıl dişi” hələ yerindədir.
* “Ağıllı adam”. Mənim teatr aləminə marafonum Gənclər Teatrında tamaşaya qoyulan bu pyeslə başlayıb. Oradakı personajların çoxu həqiqətən, ağıllı adamlardır. Amma hadisələr “dəlixanada” baş verir.
* Ağlın çoxluğu adamı çox vaxt dəli edir.
* Aqillər hər gün öyrənir və heç nə bilmir. Cahillər heç vaxt heç nə öyrənmir və hər şeyi bilir.
* Aqil adamlar gələcəklə, sadə adamlar keçmişlə, praktik adamlarsa bu günlə yaşayırlar.
* Аğıllı аdаmlаr ölümdən yох, həyаtdаn qоrхurlаr. Siz özünüz ağıllı adam olduğunuz üçün bunu bilməmiş deyilsiniz. Yeri gəlmişkən, elə mənim səhnədə oynanılan ilk əsərimin adı da “Ağıllı adam”dır; mənim qəhrəmanım ağıllı dəlidir, hadisələr isə, təbii ki, dəlixanada baş verir.
F.M.
"Buz üstə yazılmış sətirlər" kitabından