Fərhad Tapdıqoğlu : - Səftər və Yetər

(kiçik hekayə)
Səftərin yaşadığı məkan Tərtərdi.Onun şəhərdə gül mağazası vardı.Mağazaya xeyli gül gətirdilər o günü.Güllərin hamısı təzə- tərdi.Səftər təzə - tər güllərdən bir buket düzəltdirdi.Öz-özünə dedi:
- Bu buket də Yetərin.
Mağazada olan güllər çox adama bəs edərdi,kifayət qədərdi,yetərdi...
.... Səftər marşrut avtobusuna minib,evə gəldi.Avtobusda çox sıxlıqdı. Onun əlindəki buketə sərnişinlərin çoxu maraqla baxırdı.
...Səftər mənzillərinin zənginin düyməsini basdı.Yetər qapının gözlüyündən baxdı .. Gördü ki,gələn Səftərdi..
Mənzilin qapısı açıldı.Qapını açan Yetərdi.
Səftər gülləri həyat yoldaşı Yetərə verdi.Yetər çox sevindi.
....Səftər pencəyini çıxarıb ,asılqandan asdı və divanda əyləşib televizorun düyməsini basdı.Futbol matçı gedirdi.Oynayanlar Azərbaycanla Qətərdi...
Səftər Yetərə dedi:
- Ay Yetər,pencəyimin cibindən eynəyimi gətir.
....Bir neçə dəqiqədən sonra Yetər əlində ərinin pencəyi qışqıra- qışqıra Səftərin yanına gəldi.
- Bu nədir,bu nə zərdi?- pencəyin üstündəki zərləri göstərdi.
- Bu hansı qadındır,hansı ləçərdi, hansı əntərdi? - səsinin tonunu qaldıran Yetərdi.
...Səftər bir anlığa özünü itirdi.Bilirdi ki,Yetər qısqanclıqda çoxlarından betərdi...
And- aman elədi Səftər.Tər götürdü onu.Üz- gözü tamam tərdi.
Ani olaraq marşrutda yanında dayanan ənlik- kirşanlı, həddən çox kosmetika işlətmiş,üz- gözü ,paltarı zərli qadını xatırladı.
- Yəqin o qadından düşüb .Axı marşrutda sıxlıq idi?!- dil tökən Səftərdi..
Nəhayət ki,inandıra bildi Yetəri Səftər...
Barışdılar...
Şam yeməyi yedilər....
Futbol matçı da bitdi.Qalib Qətərdi...
Həə, dostlar bax belə..