Əşrəf Veysəlli - KÖNLÜMƏ- KÖNIÜMƏ
(Nəğmə)
Daş olaydı ürəyim,daş
duymayaydı heç səni kaş.
Nə axırsan yavaş- yavaş
çeşmə, könlümə- könlümə.
Bu nə görüş, bu nə vüsal,
həqiqətsən yoxsa xəyal,
Qalırsansa gözümdə qal,
köçmə könlümə- könlümə.
Gəl ömrünü vermə yelə,
salma məni çöldən çölə.
Ay insafsız, insaf elə
düşmə könlümə- könlümə.
Könlüm həsrət yuvasıdır,
o qəm, o dərd yuvasıdır.
Yerin cənnət yuvasıdır,
keçmə könlümə- könlümə.
1988- ci il.