Elnur Uğur - Torpağını güllələdi...

Ədəbiyyat 09:20 / 27.02.2026 Baxış sayı: 392

Torpağını güllələdi,

Dost dediyin qarı düşmən.

Xoca adlı o müdrik yurd,

Şəhiddi mənçün o gündən!

 

Sənlə insan insanlığa,

Ləkə vurdu sərt qış günü.

O gün Allahın insana,

Bəlkə də,ilk qarğış günü!

 

Doğulmayan körpələrin,

Ana bətnində qətlində,

Təkcə insan ölmədi ki!

İnsanlıq öldü, əslində!