Arzu HÜSYEN.”Daha bitdi, gözün aydın”
Daha bitdi, gözün aydın.
Sevindinmi, şad oldunmu?
Mən hələ bir viranəyəm,
Sən özün abad oldunmu?
Yollarımdan gözünü çək,
Son çırpınış nəyə gərək?
Ömrümüzün sonunadək —
Ölüyük, rahat oldunmu?
Sən məndə bir dərin quyu,
Lildir, bulanıqdır suyun.
Mən qurbanlıq qara qoyun,
Ye, ağzında dad oldummu?
Tanrı, mən gerçəkmişəmmi?
De, cəzamı çəkmişəmmi?
Yetəridək çökmüşəmmi?
Bəxtimdən azad oldummu?…