Aləmzər  Sadıqqızı -  Gəl desən ...

Ədəbiyyat 17:25 / 27.02.2026 Baxış sayı: 309

 

Qoy bir az toparlanım,

Sənə söz...güləcəyəm.

Mən yanına gələndə,

Ağ üzlə gələcəyəm...

 

Məni bağışla Tanrım,

Səni bir az unutdum...

Təkcə Sənin xətrinə

Göz yaşımı qurutdum.

 

Mənimçün bundan sonra,

Bir Sən varsan, bir də Sən!

Sevə-sevə gələcəm,

Haçan mənə gəl desən...

27.2.2025.