BİR YANAR OCAQ  -  Ələddin Əzimli

Ədəbiyyat 09:59 / 27.02.2026 Baxış sayı: 488

 

Bir ocaq qalanıb içimdə

otuz dörd ildir.

Yaz gəlir,

yay ötür,

payızın yağışı, sərt küləkləri,

qışın qarı, çovğunu, sazağı

bir ürək biçimli ocağı

söndürə bilmir.

İllər

yeyin-yeyin adlasa, ötsə də,

yarıcan, titrək ruhumda

şəhid Xocalıya

ziyarətgah tıksəm də,

bu illər ərzində nələr çəksəm də,

o yanar ocağa göz yaşımı

Qarqarçayın

qanlı suyuna qataraq töksəm də,

o ocaq sönmür,

sönmür ki, sönmür!

Elə bil sinəmdə bir meşə yanır.

Susmaq, yorulmaq bilmədən

yanır dilim-dilim, od saça-saça,

yanır əbədi məşəltək.

Gecə də, gündüz də-

həmişə yanır...

26. 02. 2026.

Saat: 15.26.