Əlizadə Nuri : - Nə olsun ki, bir misrasan...

Ədəbiyyat 11:37 / 23.06.2024 Baxış sayı: 1778

 

Bir dəfə bəxtim gətirdi,

Dedilər ki: "zər tutursan".

Qəm əkib-biçirəm deyə

Sən məni rəncbər tutursan?!

 

Ömür- axıb gedən çaymış...

O ay-sən baxan bacaymış.

Dünya səndən balacaymış-

Sən nə qədər yer tutursan?!

 

Bir nəfərsən, min sırasan,

Kirpiyimdə sırsırasan.

Nə olsun ki, bir misrasan

Gör neçə əsər tutursan?!