Ələddin Əzimli - ƏHVALIM BARƏDƏ

Ədəbiyyat 15:34 / 22.09.2025 Baxış sayı: 1977

 

 

Vaxt keçə-keçə

adamların

adı çıxır yadımdan.

Sifətlərini də unuduram.

Hərdənbir

kitab oxuyur,

nəsə yazıram.

Sən gördüyün vaxtdan

üz-gözümdən, libasımdan başqa,

heç nə

dəyişməyib həyatımda.

Səhərlər

çətinliklə də olsa,

yuxudan durur,

axşamlar təzədən yatıram.

Gecələr

üsünü bulud örtən

Ay kimi

gözlərdən itirəm.

...Bir düşün dərin-dərin,

bax belə keçir

son günlərim...