Bəhram Bilaloğlu : - Bir göz qırpımında,
Ədəbiyyat
15:06 / 25.07.2025
Baxış sayı: 5487
Bir göz qırpımında,
dəyişir həyat.
Dünya sığır gözə,
Sönür də heyhat.
Düşünmək,dərk etmək,
Xislətində var.
Desək,nə faydası,
Ömrü edir xar.
Səhvin ən düzü də,
Bir səhv boydadır.
Zincirə salaraq,
İnsan oynadır.
Zənn edir,aqildi,
Hər gün ötürən.
Ahəngi pozmayır,
Yükü gətirən.