Ağaevli Əli Hacı : - Var
Bu adamın içində,
Min ilin kitabı var.
Göyün ağ şəkilləri,
Yerin min əzabı var.
Məhəmməddi,Musadı,
Sətirləşən İsadı !
Şahdı,bəydi,əsirdi
Hər dərdə öz tabı var .
Süleymana quş dili,
Qananlara daş dili.
Quru dili,yaş dili
Göy-Tanrı,yer-Rəbbi var.
O,özü də yaradan,
Ağı alıb qaradan !
Qalan dövləti-vardan,
Haqq adlı şərabı var .
Ayılır söz içəndə,
Sinəsi-köz içində !
Adamın öz içində,
Özünə hesabı var !