Yaşar Gülər: Qafqazda sabitlik Bakı ilə İrəvanın sülh sazişini imzalamasından keçir

Gündəm 16:24 / 15.12.2024 Baxış sayı: 2210

Cənubi Qafqazda sabitliyin təmin olunması Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından keçir.

Yenises.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

O bildirib ki, Ankara bu mövzuda iki ölkənin ortaya qoyduğu səyləri və son zamanlar qət olunan yolu məmnunluqla qarşılayır.

Y.Gülər söyləyib ki, Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verib və verməyə davam edir: “Bu gün Qarabağın hər yerində şanlı Azərbaycan bayrağının dalğalanmasından məmnunluq duyuruq. “Bir millət – iki dövlət” şüarı ilə ciddi əlaqələrə malik əlaqələrimizi başda müdafiə sənayesi və hərbi əməkdaşlıq olmaqla bütün sahələrdə ən yuxarı səviyyəyə qaldırmağa çalışırıq”.