Adilə Səfərova : - KÖNLÜMÜ

Ədəbiyyat 19:05 / 29.12.2024 Baxış sayı: 829

 

Dünya, dərdi- sərin ilə

Eylədin talan könlümü.

Qırdı həqiqət donuna

bürünən yalan, könlümü.

 

Çox göstərdin qəmi, dərdi,

Namərdə çevirdin mərdi.

Üstünə tül pərdə sərdin

Eylədin nalan könlümü

 

Ox olub köksümə batdın,

Mürgülü baxtı oyatdın.

Gah güldürüb, gah ağlatdın

Çırpınıb qalan könlümü.

 

İşığı azalır nədən?

Hicrandımı bağrı didən.

Su səpib göyərt yenidən

Ciçəyi solan könlümü.

 

Dünya, məni də yad elə,

Sınıq qəlbimi şad elə.

Üzümə gül abad elə

Bu küskün olan könlümü.