.Vahid    Paşayev :  - Yaddaş kitabçasından gənclərə xatırlatma.

Maraqli 20:58 / 29.12.2024 Baxış sayı: 783

 

Orta yaşlılar daha etibarlı olurlar.Həyatın xoş üzünü də,sərt sifətini də gördükləri üçün.Gördükcə götürüb şüur sandıqçaslnda göz-bəbəyi kimi qoruyub saxlayıblar.Deyiblər ki, ,,Saxla samanı,gələr zamanı."Odur ki,yeri gəldikcə asta-asta xırdalayıb üyüdürlər həmyaşıdlarına,gənclərə,dost-tanışlara,həyata yeni atılanlara.

...görüşüb hal-əhval tutmaq bəhanəsi ilə gözəl çay süfrəsi arxasında oturub söhbətləşir,köhnələri yada salıb o günləri yenidən yaşayır,sevinir,gülür,bəzənsə sifətimiz turşuyur,alnımızda qırışlar iz qoyur.

İçimizdə orta məktəb illərindən üzübəri dostluq etdiyimiz,vaxtı ilə el şənliklərinin aparıcısı olmuş şair təbiətli,duzlu yazıları ilə çoxlarına tanış olan dostumuz Fərəc kişi gülümsəyib ,gözlərini bizə Rəhim,Nazim və mənə--Vəli kişiyə tutub:- Dostlar-dedi- son zamanlar gənclərimizdən birinin verdiyi--Eşq nə olan şeydir?- sualı mənim dincliyimi pozub.Hər üçünüzdən cavab gözləyirəm deyib gözlərini üzümüzə dikdi.

O sahədə bilgisi və təcrübəsi daha çox olan Nazim qardaşımız çayından bir qurtum içib izahat vermək üçün boğazını artladı.--Bu yaşımızda bizi imtahanamı çəkirsən,a Fərəc kişi?Sual çətin sualdır.Bir halda ki,soruşursan,kəsədən deyirəm:--Eşq bir bəladır.Arayıb dili lal olanları,gözü şikəst,qulaqları kar olanları tapar.Dilin açılana,qulağın eşidəndə və gözün iynə ildızından sap keçirməyə qadir olana kimi tərk etməz səni....

Nəzərlərimiz sakit təbiətli,lakin yeri gələndə ,,saman altdan su yeridən" qardaşımız Rəhim kişiyə tuşlandı.

--Nə deyim,Nazim kişinin dedikləri ilə ikiəlli razıyam.Nə qədər çətin olsada mən də fikrimi bildirim.

--Eşq kimini şair,kimini dəli-divanə,kimini əməli salehlərdən edər.Sağalmaz mərəz olmasına baxmayaraq vüsala yetib öləndən sonra ağrısı-acısı canından çıxar...

Növbə Vəli kişinin olduğu üçün,o yerində qurcalandı və:--Mən tək bir şeyi dəqiq bilirəm ki, Eşq azardır,xəstəlikdir.Niyə ətir saçan sevgidən danışmırsınız? Eşqin ömrü qısa olar,sevgi isə ölənə kimi canından çıxmaz.Belə görürəm bu sahədə naşılığınız var.Eşitməmisiniz,ağıldankəm birindən soruşurlar--bilirsənmi eşq nədir?O qəhqəhə çəkir və deyir:- Siz məndən dəli olmağımın səbəbini soruşun.

Araya sakitlik çökdü,sanki ,,qurbağanın gölünə daş atıldı".

Çayımız soyumuşdu,içiləsi deyildi.Fərəc kişi çayçını səslədi:-Çayları dəyiş,bala!

Sağolsun çayçını,həm çayımızı təzələdi,həm də şəxsi mobil telefonunda səslənən bir musiqi parçasını bizə hədiyyə etməklə ruhumuzu,...

Sümüyə düşən hava olduğundan,arada oyandıq da!