Lənkəran Tarix Diyarşünaslıq Muzeyinin 100 yaşı oldu

MƏDƏNİYYƏT 16:30 / 21.12.2024 Baxış sayı: 492

Bu gün - 21 dekabr 2024-cü il tarixdə AYB Lənkəran Bölməsinin və Lənkəran şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Lənkəran Tarix Diyarşünaslıq Muzeyinin 100 illiyi və "Xan evi" kimi tanınan,Muzeyin hazırda yerləşdiyi binanın tikilməsinin 111 illiyi münasibətilə "Vətən tarixi ədəbi əsərlərdə" adlı tədbir keçirildi.

Tədbir Muzeylə,orada olan eksponatlarla,həmçinin bina ilə tanışlıqdan baslandı. Sonra tədbir Mədəniyyət Mərkəzində davam etdirildi.

Tədbirdə rayon ziyalıları,bölgə yazarları, ictimaiyyət nümayəndələri,mədəniyyət işçiləri və Muzey əməkdaşları iştirak etdilər.

Muzeyin və binanın tikinti tarixi ilə bağlı Muzeyin direktoru,tarix üzrə fəlsəfə doktoru,LDU-nun dosenti Leyla Məcidova tədbir iştirakçılarına geniş məlumat verdi.

Çıxış edənlər hər iki əlamətdar tarixlə bağlı fikir və düşüncələrini bölüşdülər.

AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Vaqif Yusiflinin,Muzeyin yaradıcısı Mirzə Ağaəli Əliyevin nəvəsi Kübra Süleymanovanın və b.çıxışları, qiraətçilərin, Mərkəzin "Babalar" xor kollektivinin ifa etikləri Lənkərana həsr olunan şeirlər və musiqi nömrələri tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.