Əbülfət Mədətoğlu : - Dünya...

Ədəbiyyat 08:51 / 27.12.2024 Baxış sayı: 332

 

Dünən baş verən dəhşətli təyyarə qəzası bütün sözləri dondurdu...söz bitdi... Yenə yada dünyanın namərdliyi, vəfasızlığı düşdü...Və...

Dolaşıb kələfi, qarışıb suyu

Daha yaşamalı yer deyil, dünya!..

Dəlilər daş atıb - dolubdu quyu -

Edib bir kabusa tay meyil, dünya...

 

Silahlar sınanır - nişangah bəndə

Hər kəs də güvənir bildiyi fəndə...

Fəlakət cücərir səpilən dəndə -

Biçir əkdiyini və "yeyir" dünya...

 

Vurub sındırdıqca daş üstə daşın,

Unudur tarixin, çaşdırır yaşın...

Elə itirib ki, son illər başın -

Nə zərər düşünür, nə xeyir dünya!..

 

Hər cür faciəni, hər cür qəzanı

Yozub , qınayırıq bəxti yazanı!.

Əbülfət yurdunun sadə ozanı -

Sənə bildikərin, bax deyir, dünya!..