Fərhad Tapdıqoğlu :- Düzdü

YAZARLAR 09:58 / 29.12.2024 Baxış sayı: 975

 

                                                                 (miniatür)

...Gündüz pulları stolun üstünə düzdü.Saydı,gördü ki,düzdü.Gündüzün haramla işi yoxdu,halaldı, düzdü.Gündüz sonra o pullarla dünyanı getdi,gəzdi..gəzdiyi yerlər düzənlik idi, düzdü...Nahamar yollar da ona elə gəldi ki,düzdü.

....İşləri yaxşı gedirdi,hər gün axşam ona verilən pulları gətirdi,düzdü,saydı,gördü ki,dümdüzdü, düppədüzdü, düppələmdüzdü.

Çoxları puluna görə onun haqqında deyirdi:

"Gündüz kişi adamdı,düzdü"...

Düzdü,hərdən o pullardan kasıb- kusuba,fağır- füqarəyə də verərdi Gündüz.. Pulları çoxaldıqca ,bir də baxdı və gördü ki ,əyri boynu da,buxunu da düzdü....

....Gündüz gözlərini açdı,baxdı...artıq hava işıqlaşmışdı, gündüzdü...

...Gündüz eşitmişdi ki,deyirlər ki,bəzən yuxu düz olur.

.....Gündüz fikirləşdi: "Görəsən doğrudan elədi,düzdü"???