Xanım İsmayılqızı : - Yerridir
Gözlərin pərdə arxası,
Səssiz kaşların yeridir.
Dodaqların son öpüşü,
Ağır daşların yeridir.
Ruhlar - dünyanı ölçəndir,
Sabah - bu günü biçəndir,
Adam - addımdan köçəndir,
Sinə - başların yeridir.
Oxunmayanlar - lal kimi,
Görünməyənlər - hal kimi,
Tükənməyənlər - yol kimi,
Yanaq - yaşların yeridir.
Səpələnib bura dən-dən,
Ağac əkir gəlib-gedən,
Ürəyimizdə dillənən
Yeri boşların yeridir.
Gözlərin pərdə arxası,
Uçan quşların yeridir.
Dodaqların son öpüşü,
Gedən huşların yeridir.