Yadigar Təvəkgul - Məni atıb getdiyin, elə həmin yerdəyəm...
Məni atıb getdiyin, elə həmin yerdəyəm,
Sən gedəndə 40 günlük, indi 45 yaşında.
Nalə çəkən ağlayan, şivən salan, hönkürən,
Onda beşik içində, indi məzar başında.
Mən atıb, getdiyin elə həmin yerdəyəm,
Hər axşam yol gözləyən, sənsizliyə bürünən
O qadın var yanımda, artıq bir az qocalmış
Qara saçın ağ görən, dərd içində sürünən.
Yaş üstünə yaş gəldi, dərdim qəmim çoxaldı,
Fəsillərdə dəyişdi, təbiətin rəngləri
Elə həmin o yerdə böyüdüm başa çatdım
Yaddaşım sənlə birgə, gəzdi əngillikləri.
Məhəbbətin carçısı,ilk həsrəti tanıdan.
Ey həyat muəllimim
Həsrətim, ünyetməzim
Qovuşmadığım sevgim, görməmmədiyim qayğım
Xəyallarım, nəfəsim yaddaşımdan getməzim.
Mən atıb getdiyin, elə həmin yerdəyəm
Böyüdü arzularım, istəklərim xəyalım
Boy atdi ümidlərim, səadətim vüqarm.
Elə orda yarandı , cavabsız ,suallarım