Adil Şirin - Sən xəyala dalmısan
Ədəbiyyat
12:56 / 07.12.2025
Baxış sayı: 368
* * *
Sən xəyala dalmısan,
Pəncərənin önündə.
Qəlbim paramparçadı,
Ah, bu yağışlı gündə.
Daha nə deyim sənə,
Heç bilmirəm daha nə.
Bütün umu küsülər,
Bəhanədir, bəhanə.
Sevdasız axşamlarda
Gül soyuq, çicək soyuq.
Sən ümidsiz günlərin,
Yağmurlarıtək soyuq...
Yağış pıçıldayır mənə,
Unut onu, unut onu.
Göz yaşıyla bitəcək
Ümidsiz sevginin sonu...