Aysel  Xanlarqizi Səfərli - Çərçivə-çərçivə asdım yuxuma...

Ədəbiyyat 13:03 / 07.12.2025 Baxış sayı: 396

Çərçivə-çərçivə asdım yuxuma,

Sənli günlərimi basıb bağrıma.

Bir nəfəs üfürdün ölmüş ruhuma,

Nəfəsin canımda əsa kimidir.

 

Yoxluğun köksümün qanlı çarmıxı,

Ömür qəfəsdəki quştək darıxır.

Həsrət yatağımın canlı çarmıxı,

Varlığın qeyb olmuş İsa kimidir.