Yadigar Tevekgul - Gözlərimi asaram misraların sapından

Ədəbiyyat 11:26 / 21.11.2025 Baxış sayı: 864

Gözlərimi asaram misraların sapından

Sözlərimi qoymaram bir də keçə qapından

 

Dolaram buludlara yağışa sarılaram

Yağışın damlasında yenıdən durularam

 

Pozaram saçlarımın sənlə dolu yaddaşın

Olmaram bundan sonra nə dostun nə sirdaşın

Gecələri ay olar qaranlığı yararam

Səhərin dan yerini gözlərimdə quraram

 

Özümlə dalaşaram ağrıların köçündə

Çəkərəm hər əzabı ürəyimin içində

Xatirəni silərəm əllərimin yadından

Səndə qoymaram qala bircə damla adımdan