Xatirə   Rəhimbəyli - Yenə də başladı yaz yağışları

Ədəbiyyat 18:09 / 09.03.2026 Baxış sayı: 164

 

 

Yenə də başladı yaz yağışları,

Duyğu yağışları,hiss yağışları..

Yenə pərvazlandı köhnə xəyallar,

Yenə baxışlardan başlandı yollar...

Yenə də başladı yaz yağışları,

Ümidlər dartınıb çıxdı qönçədən ,

Ləçək-ləçək açdı yanaqlarda nəm,

üzüldü,süzüldü,çiləndi dən-dən...

Yenə də başladı yaz yağışları,

Bu ilıq yağışlar,isti yağışlar,

yaz da bir,qış da bir daş ürəklərə

 

heyrətdən dil açdı qaraca daşlar...

Eh,yenə başladı yaz yağışları,

Yenə gözlərimdə çiçəklədi nəm ,

Eh,yenə gəlmədin,yenə, birdənəm.......