Xatirə Rəhimbəyli - Vaxtında

Ədəbiyyat 09:29 / 08.01.2026 Baxış sayı: 673

Yaranmışam bəxt yazanın

Karıxıb-çaşan vaxtında.

Söz sormağa da qoymadı

Səbrinin daşan vaxtında.

 

Baxdım bu dünyaya key-key,

Hər şey özgə, hər kəs ögey...

Mərhəmətin başımda hey

Sərsəm dolaşan vaxtında.

 

Toparlanıb qalxmışdım ki...

Öz məcramla axmışdım ki...

ALLAH,elə qorxmuşdum ki

Qəlbin alışan vaxtında...

 

Sözəm,haaa qaynayıb daşam

Kimə gərək,ağam,paşam?...

İnsanın rəqəmsallaşan,

Qəlbin kodlaşan vaxtında...

Bəxt, bəxtimə çıxmayaydın,

Karıxıb-çaşan vaxtında.

İnsanlıq çevrədən çıxıb,

Həddini aşan vaxtında....