Xatirə Fərəcli - MƏNİM İTKİ SAYDIQLARIM
Mənim itki saydıqlarım
Mənim deyilmişlər, demə.
Bilmirəm heç sevinimmi,
Ya yanımmı bu itənə?
Yıxıldı qurduğum saray
Süpürləyib sel apardı,
Qutsallıqlar vardı elə
Yağmalayıb yel apardı.
Zərrələr yığılıb coşdu,
Dağlar çöküb çöl, düz oldu,
Üstündən keçdiyim qüsur
Bir bilirdimsə, yüz oldu.
Hara qaçıb daldalanım?
Zənnimin zindanı zülüm.
Diri udacaqlar məni
Ağlımı dinləmir dilim.