Tofiq Əmrahovdan  BİR  HEKAYƏ

YAZARLAR 11:03 / 22.02.2026 Baxış sayı: 526

Evlərimiz lap yaxın idi. Eyni yol, eyni cığır.

Səhər də rastlaşırdıq, axşam da.Yanaqlarında bir qızartı görürdüm. Ürəyimdə deyirdim görəsən bu qız həqiqətən bizim qonşudur?- Elə bil ilk dəfə idi görürdüm onu

Beləcə yavaş- yavaş deyəsən məndə sevgi hissləri baş qaldırırdı.

Darıxmağa başlamışdım. Neçə gündür görükmür, qarşıma da çıxmır. Nə olub görəsən. Yəqin harasa gedib, məndən uzaqlaşmaq üçün, məndən qaçmaq üçün...hiss etmişdi deyəsən mənim baxışlarımı, o baxışlardan süzülən sevgi işıqlarını

Darıxırdım, çox darıxırdım. Bu gecə lap tez örtümə girdim. Yatmaq istəyirdim, bəlkə yuxuda görüm, təsəlli tapım. Eşələnirdim ora- bura, yuxu gəlmirdiki,gəlmirdi. Yorğan- döşəyin də zəhləsini tökmüşdüm. Şükür ki,nə vaxtsa yuxuya keçmişəm, şirin bir yuxu...

Yuxuda gördüm onu. Diksindim. Doğrudanmı odur?- Yaddaşımda yurd salan ilk sevgim...

Baxışlar həmin baxışlar idi, nə sorğu, nə ittiham. Sadəcə dərin bir səssiz tanışlıq. Sanki zaman keçməmişdi, sanki zaman onun üçün dayanmışdı. Yuxuda da olsa ürəyim eyni ritmdə döyündü. Vaxtı ilə adını bilmədiyi hisslərin səsi idi.

Əllərimi uzatmaq istədim, amma qorxdum- toxunsam yuxu yoxa çıxar, xatirə yenidən uzaqlaşar. O, isə gülümsədi, nə yaxınlaşdı, nə uzaqlaşdı. Elə bil demək istəyirdi:-Mən həmişə buradaydım, sadəcə sən məni gec xatırladın, gec tanıdın.

Tezcə diksindim, oyandım. Otaq o otaq idi, ancaq ürəyim yox...

O an anladım ki, ilk sevgi unudulmurmuş- sadəcə susur, zamanını gözləyirmiş.

Asta-asta durub pəncərəyə yaxınlaşdım. Kəndin ilk işığı pəncərələrin arasından süzülüb otağa dolurdu.Gecə getmişdi, amma onun dedikləri qalmışdı

Bir stəkan su içdim, su boğazımdan keçmədi sanki. Daxilimdə bir boşluq vardı- nə ağlamaqla dolurdu, nə də susmaqla

Hər şey yuxu idi,- dedi öz-özünə. Amma, ağır yuxu deyil. Divardakı saatların tıqqıltısı ona zamanın keçdiyini xatırladırdı.Kaş yuxuda görməyəydim onu. Neyləyim o yuxudan küsümmü, yoxsa inciyimmi!!??- Axı, o yuxu urcah elədi onu mənə. Ötəri görmüşdüm, ötüb keçəcəkdi də. Ancaq indi...Unutmaq!!- Yox, yox! -Unudulası deyil, heç mümkün də deyil. Elə bil qəlbimə həmişəlik həkk olunub.Tərəddüddəyəm, qalmışam yol ayrıcında.

Gah onu gözləyirəm, gah da izləyirəm xəyallarımda. Hər səhər pəncərəni açanda ilk baxışı doqqazımızın başına düşürdü. Sanki illər əvvəl ayrıldığımız nöqtədən yenə də o dönəcəkdi. Axı, hanı o? Mən nə sayıqlayıram. Yoxsa yenəmi yuxu görürəm? Deyəsən lap ağlımı itirmişəm...

Çəpərlərin arası ilə uzanan doqqazımız...Durmuşam orda, nəsə məni ora çəkib aparır. Heç özüm də bilmirəm, bilmirəm hansı qüvvədir.Sən demə bacım Lalə də mənim bu hərəkətimə biganə deyilmiş.

-Bacı qurban...neçə gündür ki elə hey bu doqqazın başında durub haralarasa baxırsan. Bilmək olar nədi səni buralara bağlayan?Durmaq, baxmaq olmaz bacı?- Olar, niyə olmur bacı qurban. Ancaq, fikir vermişəm sən buralardan heç əl çəkmirsən. Elə bil buraları təzə görmüsən. Bacının yanından köç ötürə bilməzsən haaa

Gülmək məni tutdu, qəh-qəhə çəkdim.

-Nəyə gülürsən qardaş, düz demirəm

Bacı ona gülürəm ki, deyirsən elə bil buraları təzə görmüsən. Bəs səhv deyirəm?

Bacı, buraları təzə görmürəm ey, buradan gəlib kedəni təzə görürəm.

- Bıy , başıma xeyir, kimdi gəlib- gedən bacı qurban?! Buradakıların hamısı axı köhnə yaşayanlar, qohum əqrəbalardı.

-Bilirsən kimi deyirəm bacı?

Yox, bilmirəm. Deməsən hardan bilərəm, de bilim.

Bacı, Muxtar əminin evindən hər səhər çıxıb gələn o qızı deyirəm eyy o su aparan qızı!!!

Qardaş, Kamiləni deyirsən, Muxtar əminin qızıdır dəə. Sən tanımırsan onu?

-Yox bacı, tanımıram. Axı, neçə ildir kənddən çıxmışam, oxumaq başımı elə qatıb ki...

Deyirsən adı Kamilədir?

-Hə, bacı qurban Kamilədir.- Nədir ki qardaş?!

Heç, elə- belə soruşdum.

Yoox bacı qurban elə - belə soruşulana oxşamır axl

-Qardaş, sən mənim canım de görüm nə olub, o qızdan nə eşitmisən? Qardaşın bacıdan gizli nəyi ola bilər ki

Əlbəttə, bacı düz deyirsən səndən gizli heç nəyim yoxdur. Onda de görüm nə məsələdir. Deyim bacı?

Əlbəttə de!

Bacı, o qız mənim qəlbimi tez ovsunladı. Doğrusu gündüzlər bir yana, gecələr də yuxumdan çıxmır. Elə bil neçə ilin nişanlısıyıq.

-Heç özüylə danışmısan?

-Yox, bacı!

Yanımdan keçəndə özünü tamam itirir, rəngi dəyişir. Özümü toparlamışdım ki bu günlərdə qəlbimi açıb deyəm, ancaq elə bil qeybə çəkilib. Görünmür ki görünmür.

Qardaş, bacı qurban Kamilə imtahanlara hazırlaşır. Həftənin üç gününü qonşu kənddəki ingilis dili müəlliməsinin yanına gedib, gəlir.

- Bu olmadı bacı!

- Niyə qardaş? Sən oxuduğun kimi xalxın uşağı da oxumaq istəyir dəə

Oxusun ey, oxusun, mən deyirəm ki...

Nəyi deyirsən?

Onu deyirəm ki, elə mənimi gözləyirdi ki.mən gəlim ona elçi düşüm, o da desin yoox mən oxumaq istəyirəm.

Bacım qayıda ki qardaş, o ovcunumu iləmişdi bilsin sən gəlib ona elçi düşəcəksən. O da bəh- bəhlə sənə bir yekəcə "hə" deyəcək?!

Ay hay, ay dedi ha!!

Bacı, sən də o tərəfəsən?!-Axı, mən qardaşınam, noolar mən tərəfə danış daa...

Bacı- qardaş yenə gülüşdük.Bacım Lalə qayıdakı ay qardaş, o qarayanıx Kamilənin nəyinə vurulmusan həə

Mən də deyirəm ay bacı Məcnundan soruşurlar ki, o çirkin Leylinin nəyinə vurulmusan?- O da qayıdır ki siz ona mənim gözümlə baxın. Onda görəcəksiniz çirkindir, yoxsa gözəl. İndi ay bacı sən mənim gözümlə bax. Görəcəksən Kamilə gözəl-göyçək bir qızdır

Bacım isə-zarafat edirəm qardaş. Sadəcə səni yoxlayırdım dedi. *************** .Xəyal məni uzaqlara apardı, lap uzaqlara...

Şagird idik. Sevmək, sevilmək vaxtlarına yenicə addım atırdıq. Xatirə adında sinif yoldaşımız vardı. Yarlı- yaraşıqlı. Əlaçı idi, dərs əlaçısı.Tez-tez dərs soruşmaq bəhanəsi ilə danışdırardım onu. O da nəzakətlə məni dinləyər, suallarımı cavablandırardı. Bax, beləcə şagirdlik həyatına əlvida dedik. Hər kəs öz yolu ilə...Həyat kimini daşlı, kəsəkli yola, kimini isə hamarlanmış, kənarlarına gül- çiçək əkilmiş yollara.Tale məni də hamarlanmamış yollara apardı. Əziyyətli idi, çox əziyyətli. Ancaq, həm də maraqlı idi. Bilirsiniz o dönəmlər üçün necə darıxıram ?

Davamı var...