Əşrəf Veysəlli - QIĞILCIM KİMİ
Qanadlı küləyə döndü bir anda,
Yurdumun şöhrəti sədləri aşdı…
Sözüm ürəklərdə ocaq çatanda
Çox yerdə od hələ tapılmamışdı…
Yurdum odlar yurdu, işıq diyarı,
Dərin dərələri, şux qayaları
Müqəddəs bir məslək qılıncı kimi…
Zaman çəkic olub ,xalqımsa zindan,
Döyülüb,
döyülüb,
döyüldükcə o
Şeiri,
musiqisi,
bayatıları
Səpilib dünyaya qığılcım kimi.
1976- cı il.