Bəhram Bilaloğlu - Baxışında səadət...

Ədəbiyyat 19:55 / 21.02.2026 Baxış sayı: 262

Baxışında səadət,

Ürəyində qəm yatır.

Ağ qara bənzəyənim,

Gözlərindən nəm satır.

 

Atdığı hər addımın,

Kölgəsində hüzur var.

Daşıyır həyat yükün,

Görürsən ki,qürur var.

 

Saxlayır qamətini,

Əlacsız olsa belə.

Oyanır sübhün çağı,

Yetişir dua dilə.

 

Yaşamağın yöntəmi,

Mücərrədsiz ötüşməz.

Alışmasan zəhmətə,

Cismin ruhla bitişməz.