Şövkət  Zərrin Horovlu - Susma sən , Təbriz oğlu!

Ədəbiyyat 10:34 / 22.02.2026 Baxış sayı: 460

Yenə Təbriz üsyan donu geyinib.

Üsyanın mübarək, Təbrizim!

Yığısın bir yerə eln mərdləri,

Birləşn ,sağalsın yurdun dədləri.

Susma sən , Təbriz oğlu!

Susma sən, vətən oğlu,

Qalx , qəflət yuxusundan!

Ayıl pələng, şir kimi,

Babək ,Cavanşir kimi.

Koroğlutək çək nərə,

Qılıncının səsindən

Qoy titrəsin dağ, dərə.

Son davaya sən apar

Bütöv xalqı, milləti,

Öz qanınla al,qaytar,

İtirilən qeyrəti.

Əgər bu son dpyüşdə,

Titrəyərsə əllərin,

Bağışlayarmı səni

Paramparça ellərin?

Tarixi gətir yada

Babəki, Cavad xanı

Gör kimlər verdi bada?

Ayıq ol ki,həmzələr

Hələ çoxdur dünyada.

Düşmən ata yurdunu

Talan edib didirkən,

Ostanlara” ayırıb özününkü edirkən

Susmağa haqqın varmı?

Gələn nəsillər sənə

Bunu bağışlayarmı?

Haqq istəyənTəbrizə ,

Şeyx yurdu Ərdəbilə,

Gözünü aç , yaxşı bax,

Ayağının altında od tutub yansın rorpaq!

Ya döyüş meydanında

Qılıncı əlindən sal,

Ya da bu son döyüşdə,

Qusas al , qələbə çal!