Təranə  Məmməd  -  Kişi sözü

YAZARLAR 16:03 / 22.02.2026 Baxış sayı: 361

Hekayə

Dağ ətəyində yerləşirdi şəhər. Təmiz havası, saf sularıyla fərqlənən bu şəhərin maraqlı adətləri var idi. Belə ki,

şəhərdə İki qəbristanlıq vardı.

Burada həyat da, ölüm də iki yerə bölünmüşdü sanki. Öləndən sonra şəhər sakinləri müxtəlif qəbristanlıqlarda dəfn edilirlər.

Şəhərin xüsusi baş hakimi və onun 10 nəfər köməkçisi Ali məclis üzvü olaraq, insanları iki yerə bölür: yaxşı və pis insanlar.

Bu bölgüdən asılı olaraq, ölünün hansı qəbristanlıqda dəfn ediləcəyi haqda qərar verilir.

Burda demək olar ki, iki gündən bir məhkəmə var. Çünki heç kim məhkəmənin qərarı olmadan dəfn edılmır. Hamı məhkəmənin qərarını gözləyir.

Yoox, bu cənnət və cəhənnəm məsələsi deyil. Orda hər şey başqa cürdür.

Tutalım, kimsə cənnətə və yaxud çəhənnəmə düşsə, onu ölənin özündən başqa bilən olmayacaq. Burda isə kimin necə yaşayıb necə ölməsi göz qabağındadır.

Şəhərin yuxarı hissəsində yerləşən qəbristanıqda var- dövlətindən, tuttuğu vəzifədən asılı olmayaraq, ancaq yaxşı insanlar dəfn edilir. Şəhərin aşağı hissdəsində isə çəmiyyətdə özünü apara bilməyən, qanunları pozan, çirkin əməllərlə məşğul olanlar- mənfi insanlar dəfn edilir.

Baş hakim və onun köməkçiləri insanın həyatı boyu haqqında toplanan məlumat əsasında qərar verirlər.

Ölünün ailəsinin tam ixtiyarı var ki, bu və ya digər məlumatı təkrar yoxlasın. Əgər məlumat tamamilə əsassız olarsa, qərar dəyişilə bilir.

Hakim və 10 nəfər seçki yoluyla demokratik şəkildə sakinlər tərəfindən 3 il müddətinə seçilirlər.

Seçkinin əsas meyarları ağıl, savad və ədalətdir.Yəni bu insanlar savadlı, ağıllı və ədalətli olmalıdırlar.

İki mövcud qəbristanlığın hansında daha çox adamın dəfn edildiyi ilk baxışdan gözə çarpmasa da, hər kəsin harda olduğu bəllidir. Bax belə qeyri- adi qanunları olan şəhərdə o gün yenə ölən var idi.

Əvvəllər eç bir xəstəlikdən əziyyət çəkməyən qadının halı qəfildən pisləşmiş və o, bir neçə dəqiqə ərzində keçinmişdi.

Toplanmış məlumata görə, bu qadın az qala ideal idi. Əri, uşaqları, gözəl xasiyyəti, davranışı- bir sözlə, birinci qəbristanlıqda dəfn edilməyə tam ixtiyarı var idi.

Lakin qadın gözlərini əbədi yummazdan əvvəl ərinə deyib ki, günahımı boynuma almaq istəyirəm və demək istəyirəm ki, mən səni yox, başqasını sevirdim. Kişi bunu eşitdikdə ilk növbədə arvadının harda dəfn ediləcəyi haqda düşündüyü üçün, əlbəttə bu məsələni ört-basdır etmək istərdi. Bəlkə elə belə də edərdi, əgər elə bu məqamda qonşu gəlməsəydi...

Beləliklə məsələ böyüyür və məhkəmə qərar verməyə çox çətinlik çəkirdi.

Bir neçə saat məhkəmə qərar qəbul edə bilmir və sonda belə qərara gəlirlər ki, şəhərin bütün kişilərini çağırıb bu qadın haqda məlumat toplasınlar. Əgər heç olmasa biri onun haqqında xoşagəlməz bir söz desə, qadın ikinci qəbristanlıqda yer alacaq.

Bir neçə saat ərzində şəhərin kişiləri məhkəməyə gəlib ifadə verdilər. Bəzisi onu heç tanımır, bəzisi onun layiqlı qadın olduğunu deyir. Beləliklə, heç bir qüsur tapılmadığına görə, nəhayət qadının ölüm ayağında dediklərini sayıqlama kimi qəbul edib onun birinci qəbristanlıqda dəfn edilməsinə qərar verilir.

Ailə üzvləri o qədər sevinirdilər ki, sanki evlərində yas yox, toy idi o gün.

Bu hadisədən təxminən bir il keçib.

Bu gün şəhərin adlı - sanlı, var- dövlərtli kişilərindən biri dünyasını dəyişib. Bu insan o qədər müsbət keyfiyyətli insandır ki, heç bəlkə qanunlar belə sərt olmasaydı, məhkəmənin qərarına ehtiyac olmazdı.

Lakin mərhumun hakimə özü öz əlləriylə yazdığı və ölümündən bir neçə gün əvvəl göndərdiyi məktub onu bir qədər çətin vəziyyətə salmışdı.

Məktubda kişi öləndən sonra onu 2 ci qəbristanlıqda dəfn edilməsinə qərar verilməsini hakimdən xahiş edirdi. Səbəb isə bir il bundan əvvəl məhkəməyə çağrılarkən sevdiyi qadın haqda məlumatı gizlətməsi idi.

Deməli, bir il bundan əvvəl axtarılan kişi bu imiş.

Ədalətli hakim və köməkçiləri kişinin bu hərəkətini, yəni qadının sirrini açmamasını müsbət qiymətləndirib onu birinci qəbristanlıqda yerləşdirməyə qərar verdi. Bir il bundan əvvəl dediyi yalan və ölümündən qabaq özünü ədalətli qərara məhkum edən bu insan hörmətə layiq idi.

Kişi təntənəli şəkildə dəfn edildi, məktub isə məclisin arxivinə yerləşdirildi.

Kim bilir, bəlkə elə ən güclü kişi sözü qadın haqda danışmamaqdır?...